Haqqımda


Aqil Bəkir. Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşam. 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil almış, 2020-2022-ci illərdə isə Bakı Slavyan Universitetində “Ədəbi tənqid” üzrə magistr elmi-ixtisas dərəcəsinə yiyələnmişəm. Hazırda Türkiyənin Pamukkale Universitetinin Sosial Elmlər İnstitutunun Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümündə doktorantura təhsilimi davam etdirirəm. Bu müddət ərzində bir sıra şeir və hekayələrim “Ədəbiyyat” qəzeti, “Ulduz” jurnalı kimi mətbu orqanlarda çap olunub, bir sıra ədəbi saytlarda yayımlanıb. Həmçinin iki şeirim və bir hekayəm rus dilinə tərcümə edilib. “Yeni Çağ” Media Qrupuna daxil olan Yenicag.az saytında müntəzəm olaraq ictimai-siyasi motivli yazılarla çıxış edirəm. Bundan başqa, “Sözümüz var” layihəsinin ideya müəllifi, mətn yazarı və iki il boyunca aparıcısı olmuşam. Özümü Azərbaycan ədəbi gəncliyi hesab edir və çağdaş ədəbi prosesə qatqılarımın olacağını düşünürəm.

Yorumlar

Popular

Boynubükük lalə

Ölü evi - Hekayə - Aqil BƏKİR