Kayıtlar

Ən Çox Oxunanlar

Müəllimlərimiz belə münasibətə layiq deyillər - Aqil Bəkir yazır

Resim
  Ölkədə hər çıxışından sonra müzakirələrin fitilini atəşləyən vəzifəli şəxslərdən biri də elm və təhsil naziri Emin Əmrullayevdir. Əmrullayev bəzən özünütənqid edir, çatışmazlıqları dilə gətirir, bəzən jurnalistlərə ədalətdən danışır, çox vaxt isə elə də ciddi olmayan görkəmində rişxənd açıq-aydın sezilir. Etiraf edək ki, bir nazirin davamlı olaraq mətbuat konfransları keçirməsi, problemlərdən danışması, mediaya açıq olması yaxşı haldır. Fəqət cəmiyyət olaraq problemləri dilə gətirməkdən daha çox, onların həll edilməsini gözləyirik. Ötən gün Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı təşkil olunub və Emin Əmrullayev konfransda çıxış edib, statistik məlumatları paylaşıb. Nazirin çıxışlarından ən geniş yayılanı isə 469 müəllimin sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözlərinin düzgün yazılışını müəyyənləşdirə bilməməsi ilə bağlı dedikləri oldu. Verilmiş rəqəmlər durumun acınacaqlı olduğunu gözlər önünə sərməklə yanaşı, problemin kökünə enməyimizi də labüd edir. Emin Əm...

Aqil Bəkir. Nadir Yalçının “Yad”ına feminist tənqiddən baxmaq cəhdi

Resim
  Ona görə ədəbi tənqid anlayışının mahiyyətinin tam mənası ilə dərk edilmədiyini, tənqidin hansı işi gördüyünü anlayışın adından yola çıxaraq yorumlandığını qeyd etməklə başlamaq istəyirik ki, “tənqid” və “feminist” sözlərinin birlikdə nə məna kəsb etdiyi aydın olsun. Müasir Azərbaycan ədəbi tənqidinin mövcud durumunun əksinə olaraq ədəbi prosesin dayanmadan “hərəkət”də olması ikisi arasındakı məsafəni artırır ki, bu da birincinin prosesdənkənar qalması ilə nəticələnir. Belə olduğu üçün prosesə adekvat tənqid məsələsi ortaya çıxır. Bu hal ötən əsrin yeniliklərinin, fərqli baxışlarının hələ də Azərbaycan ədəbi tənqidinə (ədəbiyyata da) gəlib çatmaması ilə şərtlənir. İndi cəhd edəcəyimiz feminist tənqid örnəyi də belələrindəndir. * Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, XX əsrin 60-cı illərindən etibarən feminizm hərəkatına bağlı şəkildə inkişaf etməyə başlayan feminist tənqid ilk vaxtlarda kişi yazıçıların əsərlərində qadının necə təsvir edildiyini aydınlaşdırmaqla işə başlamış, ...

Boynubükük lalə

Resim
Bir az önə əyili, bir az qəmgin, Bir yetim Lalə bitmişdi yol qırağında. Lalələrdən ayrı düşüb bura sən Gəlib çıxmışdın kimin sorağına? Bir yetim lalə bitmişdi yol qırağında, Bir az gözdən iraq, bir az da tozlu. Yorğun lalədə həvəs yoxdu daha, Boynubükük idi, həm də ki yolçu. Hardan gəlmişdin bura, Hardan düşmüşdü toxumun Bu izsiz yol kənarına? Lalələrdən ayırıb, Səni kim gətirmişdi bura? Bəlkə taleyin oyunuydu bu, Bəlkə də bitmək istədiyin yer varıydı? Harda bitmək istəyirdin? Bəlkə Bir izsiz məzarın qoynuydu bu? Bir yetim lalə bitmişdi yol kənarında... Bu lalə, Yetimlərin laləsiydi, Ahıydı, naləsiydi Yetimlərin... Bir lalə bitmişdi yol kənarında... Bir də ordan keçəndə mən Çoxdan itmişdi lalə Yol kənarından...

Ölü evi - Hekayə - Aqil BƏKİR

Resim
  Səhər Günəş doğmamışdı. Kimsə axşam Günəşin batdığını da deyə bilməzdi. O, bütün şəfəqlərini alıb sanki dünyadan üz döndərmiş, insanlığı öz nurundan məhrum buraxmışdı.   *** Kəndin daşlı-kəsəkli nahamar yolu ilə insan axını bir istiqamətə doğru hərəkət edirdi. Hər kəsin sifətində donuqluq hakim idi, heç kəs danışmırdı. Üz tutub bir yönə hərəkət edən bu insan selindən ətrafa yalnızca ayaqlarının daşlarla təmasından yaranan səs yayılırdı. Bu vahiməli və ürpərdici səssizliyi pozan ayaq-daş cınqırtısı isə ölü bədənlərin torpaq üstündə süründüyünü xatırladırdı insana. Səs həmin səs idi. Bu insan axınının nə başlanğıcı var idi, nə də sonu. Haradan gəlib, hara getdiyi bəlli olmayan bu sel öz səssizliyi ilə çağlayır və sanki üsyan edirdi.   *** Gecə ölmüşdü. Dörd gün əvvəl gecə yuxuda ikən səssiz-sədasız bu dünyadan ayrılmış və bilinməzliyə doğru addımlamışdı. Heç kəs də onun artıq bu dünyada olmadığından 4 gün boyunca xəbər tutmamışdı. Soruşsan, kənddə onun adını da bilməzdilə...